Yaxın gələcəkdə İran hakimiyyəti xalq tərəfindən devriləcək.
Azadmedia.az xəbər verir ki, bunu İsrailin kəşfiyyat naziri Gila Qamliel Londonda farsdilli media nümayəndələri ilə görüşü zamanı deyib.
Belə ki, “Hazırkı hakimiyyətin təsəvvür etdiyimizdən daha tez devriləcəyinə ürəkdən inanıram. İran xalqı artıq buna hazırdır və bu dəyişiklik xalqın əli ilə baş tutacaq. Gələcəkdə İsrail iranlıların ekoloji problemləri, su qıtlığı, kənd təsərrüfatı, yeni texnologiya çatışmazlığı, səhiyyə, hava çirkliliyi kimi problemlərinin aradan qaldırılmasına yardım edəcək”,- deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.