Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Cevdət Yılmaz ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Belə ki, R.Məmmədov C.Yılmaza yeni vəzifəsində uğurlar arzulayıb.
Qeyd edək ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.