AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

  • + A
  • - A
  • 10-09-2023, 16:00

    Dövlət başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

    Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
    Telefon danışığı zamanı dövlət başçıları regional məsələləri, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

    Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR