Cənubi Koreya Prezidenti Yun Sok Yol 2025-ci ildən Ukraynaya yenidənqurma üçün 2,3 milyard dollar maliyyə yardımı ayrılacağını açıqlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, “Müvafiq olaraq, Cənubi Koreya 2024-cü ildə ilkin olaraq 300 milyon dollar humanitar yardım ayıracaq. Qalan 2 milyard dolları isə 2025-ci ildən başlayaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Fondu (EDCF) vasitəsilə uzunmüddətli, aşağı faizli kreditlər şəklində verəcək”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.