Almaniyanın xarici işlər naziri Annalena Berbok elan olunmamış səfərlə Kiyevə gəlib.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, bu, Berborkun son il yarım ərzində Ukraynaya dördüncü səfəridir:
“O, Polşadan gecə qatarı ilə Kiyevə çatıb. Berborku Almaniyanın Ukraynadakı səfiri Martin Yager qarşılayıb. Berbok gələndən sonra Ukraynaya iqtisadi, humanitar və hərbi baxımdan dəstəyi davam etdirmək niyyətində olduğunu açıqlayıb”.
Qeyd edək ki, o, həmçinin Kiyevə korrupsiya ilə mübarizəyə yönəlmiş islahatların vacibliyini xatırladıb.
Nazirin səfər proqramı ilə bağlı məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.