AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkələr Brdo-Brijuni layihəsi çərçivəsində bir araya gəliblər - KİV

  • + A
  • - A
  • 11-09-2023, 16:49

    Bu ölkələr Brdo-Brijuni layihəsi çərçivəsində bir araya gəliblər -


    Qərbi Balkan ölkələrinin başçıları Şimali Makedoniyada regional əməkdaşlığın artırılması üçün başlanılan “Brdo-Briyuni” (Brdo-Brijuni) layihəsi çərçivəsində bir araya gəliblər.

    Sammit Paytaxt Skopyedə Şimali Makedoniya prezidenti Stevo Pendarovski, Sloveniya prezidenti Natasa Pirç Musar və Xorvatiya prezidenti Zoran Milanoviçin sədrliyi ilə keçirilib.

    Ev sahibləri ilə yanaşı tədbirdə Serbiya prezidenti Aleksandr Vuçiç, Kosovo prezidenti Vyosa Osmani, Albaniya prezidenti Bayram Beqay, Monteneqro prezidenti Yakov (Jakov) Milatovic, Bosniya Herseqovina Prezident Şurasının bosniyalı üzvü Denis Beçiroviç, xorvatiyalı Jelko Komşiç və serb Jelka Tsviyanovuç (Zeljko Zeljkamityaviç) də iştirak ediblər.

    Sammitdə Balkan ölkələrinin Avropaya inteqrasiya prosesi, iqlim dəyişikliyi və gənclərin miqrasiyası kimi məsələlər müzakirə olunub.

    Qeyd edək ki, “Brdo-Briyuni” layihəsi 2013-cü ildə Sloveniya və Xorvatiyanın təşəbbüsü ilə Aİ-nin genişlənmə prosesini qiymətləndirmək, region ölkələri arasında mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparmaq, iqtisadi və infrastruktur prioritetlərini müəyyən etmək üçün başlayıb.TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR