AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə NATO-nun ÜDM-in 2 faizi hədəfinə çatmaq üçün müdafiə xərclərini artıracaq - Pol Yonson

  • + A
  • - A
  • 11-09-2023, 19:22

    Bu ölkə NATO-nun ÜDM-in 2 faizi hədəfinə çatmaq üçün müdafiə xərclərini artıracaq -



    İsveç gələn il NATO-nun ÜDM-in 2 faizi hədəfinə çatmaq üçün müdafiə xərclərini artıracaq.

    Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazir Pol Yonson mətbuat konfransında deyib.

    Belə ki, müdafiə naziri Yonson bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq gələn il müdafiə xərcləri təxminən 30 faiz artaraq 119 milyard İsveç kronu (11 milyard dollar) çatacaq. Müdafiə büdcəsinin 27 milyard kron (2,26 milyard avro) artacağı qeyd olunub.

    Həmçinin bu artım sayəsində İsveç NATO-nun qarşıya qoyduğu məqsədə çatır, belə ki üzv ölkənin müdafiə büdcəsi ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.

    Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü hələ Türkiyə və Macarıstan tərəfindən ratifikasiya edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR