Rumıniya Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.
Azadmedia.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
Belə ki, bəyanat qurumun rəsmi internet səhifəsində də yayılıb.
Həmçinin həmin Bəyanatda qeyd olunub ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.
Qeyd edək ki, XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.