Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Qərb ölkələrinin liderləri arasında görüşə ehtiyac yoxdur, elə bir ehtiyac yarananda təmaslar baş tutacaq.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin “G20”nin son sammitində şəxsən iştirakdan imtina etməsini şərh edərkən bildirib.
Belə ki, “Putinin indi bu insanlarla görüşünə ehtiyacı yoxdur, çünki bu görüş bizim gündəliyimizə konstruktiv heç nə əlavə edə bilməz", - sözçü vurğulayıb.
Həmçinin Kremlin rəsmisi diqqətə çatdırıb ki, Putinin beynəlxalq cədvəli “çox, çox aktivdir, lakin konstruktiv olan və Rusiyanın maraqlarına cavab verən istiqamətlərdədir”.
Qeyd edək ki, “Sözügedən centlmenlərlə görüşmək vaxtı gələndə bu, mütləq həyata keçiriləcək”, - deyı o söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.