NATO gələn il Soyuq müharibədən sonra ən böyük birgə komandanlıq təliminə hazırlaşır.
Azadmedia.az xəbər verir ki, təlimdə 40 mindən çox hərbi qulluqçu bir araya gətiriləcək.
Belə ki, NATO rəsmiləri bildiriblər ki, təlim gələn ilin yazında başlayacaq və 500-dən 700-ə qədər hava döyüş missiyası, 50-dən çox gəmi və təxminən 41.000 hərbçinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, təlim Rusiyanın rəhbərlik etdiyi koalisiyaya bənzədilən və təlimin məqsədləri üçün “Occasus” adlandırılan düşmənə qarşı mümkün manevrləri modelləşdirmək üçün nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.