Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yenilənmiş konstitusiyası üzərində işi başa çatdırmaq niyyətində olduğunu bildirib, partiyanı bu işdə iştirak etməyə dəvət edib. Bu barədə TASS məlumat yayıb.
“Ölkəmizə yeni konstitusiya gətirənə qədər çalışmaqdan və mübarizədən heç vaxt əl çəkməyəcəyik. Konstitusiyalar dəyişilməz mətnlər deyil”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, yeni konstitusiyanın hazırlanması prosesində vətəndaş cəmiyyəti də iştirak etməlidir.
Ərdoğanın sözlərinə görə, qüvvələri birləşdirməklə konstitusiyanın ideal mətnini hazırlamaq mümkün olacaq.
O, izah edib ki, bir neçə il əvvəl onun partiyası müxalifəti yeni fundamental qanun üzərində birgə işləməyə dəvət edəndə əməkdaşlıq olmayıb:
“Bugünkü vəzifəmiz cümhuriyyətimizin 100-cü ildönümündə öz tariximizi yazmaq və gələcək nəsillərə ən böyük miras qoymaqdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.