AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə MN əldə etdiyi ixrac uğurunu Avropaya daşımaq üçün yeni addımlar atır - DSEI 2023 Sərgisi

  • + A
  • - A
  • 13-09-2023, 00:16

    Türkiyə MN əldə etdiyi ixrac uğurunu Avropaya daşımaq üçün yeni addımlar atır -


    Türkiyə müdafiə sənayesi dünyanın müxtəlif coğrafiyalarında əldə etdiyi ixrac uğurunu Avropaya daşımaq üçün yeni addımlar atır.

    Azadmedia.az xəbər verir ki, dünyanın ən mühüm müdafiə sənayesi tədbirlərindən biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisi (DSEI 2023) 12-15 sentyabr tarixlərində Londonda keçiriləcək.

    Belə ki, “İnteqrasiya edilmiş gücə nail olmaq” mövzusu ilə keçiriləcək sərgidə hava, quru, dəniz, kiber və elektromaqnit fəaliyyətləri və kosmosdan ibarət əməliyyat sahələri arasında inteqrasiyanın uyğunluğu vurğulanacaq.

    Həmçinin hökumət, silahlı qüvvələr və sənaye nümayəndələrini bir araya gətirəcək tədbirdə dünyanın bir çox ölkəsindən təchizatçılar iştirak edəcək.

    Bundan əlavə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) koordinasiyası və Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin dəstəyi ilə keçirilən sərgidə Türkiyənin müdafiə sənayesi şirkətləri də iştirak edəcək.

    Qeyd edək ki, sərgidə ASELSAN, BMC, “CES Kompozit”, HAVELSAN, “Kale Arge”, MKE AŞ, “Nurol Makina”, REPKON, ROKETSAN, “CANiK”, “Sarsılmaz”, TAIS kimi 30-a yaxın Türkiyə şirkəti öz məhsul və imkanlarını nümayiş etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR