ABŞ İrana qaytarılmış 6 milyard dolların hansı məqsədlər üçün istifadə ediləcəyini yaxından izləyəcək və lazım bildiyi təqdirdə yenidən həmin vəsaitləri dondurmaq haqqını özündə saxlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.
Belə ki, "Biz bu vəsaitlərin necə xərcləndiyinə nəzarət etməkdə ayıq olmaq niyyətindəyik. Lazım gələrsə, onları yenidən dondurmaq imkanımız var", - deyə Miller bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.