Sentyabrın 13-də saat 03:40 radələrində Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca qəsəbəsi istiqamətində yerləşən mövqelərinin Azərbaycan ordusunun bölmələri tərəfindən guya atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Biz Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qətiyyətlə təkzib edirik”, - mesajda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.