Vladimir Putin və Kim Çen İn arasında nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başa çatıb, təkbətək görüş başlayıb.
Azadmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, onun sözlərinə görə, geniş tərkibdə görüş təxminən saat yarım davam edib.
“Şimali Koreya bizim yaxın qonşumuzdur. Kənardan gələn hər hansı şərhə baxmayaraq, biz qonşularımızla özümüz və onlar üçün faydalı olan münasibətlər quracağıq”, - Peskov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.