Estonia Rusiya qeydiyyatlı maşınların ölkəyə girişinə qadağa qoyur.
Azadmedia.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsakhna "X" platformasında ("Twitter") bildirib.
Belə ki, "Bu gündən etibarən, daha dəqiq desək,16 dəqiqədən sonra Estoniya Rusiya qeydiyyatında olan bütün nəqliyyat vasitələrinə girişi qadağan edəcək.
Qeyd edək ki, onlar Ukrayna qələbə qazanana qədər azadlığın təqdim etdiyi imtiyazlardan istifadə etmək üçün burada xoş qarşılanmayacaqlar", - deyə eston nazir paylaşımında bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.