AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın bir sıra hüquqi və fiziki şəxslərinə sanksiya tətbiq edildi - Avstraliya Xarici İşlər Nazirliyi

  • + A
  • - A
  • 13-09-2023, 14:51

    İranın bir sıra hüquqi və fiziki şəxslərinə sanksiya tətbiq edildi -


    Avstraliya hökuməti Məhsa Əminin faciəvi ölümünə səbəb olan həbsinin birinci ildönümündə İranda dörd şəxs və üç quruma qarşı məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Belə ki, sanksiyaya məruz qalan şəxslər arasında İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Montazer Əl-Mehdi də var. O, məcburi örtünmə qanunlarını pozması iddiası ilə iranlı qadın və qızlara qarşı dəfələrlə hədələyici bəyanatlar verib.

    Qeyd edək ki, sanksiya tətbiq olunanlar arasında bu ölkədə internet fəaliyyətini məhdudlaşdıran İran Kiber Polisi və siyasi motivlərlə saxlanılan və mühakimə olunan iranlıların və ikili vətəndaşların məcburi etiraflarını yayımlayan dövlət tərəfindən dəstəklənən Press TV telekanalı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR