Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlətləri liderlərinin sammitində fəxri qonaq qismində iştirak edəcək. TASS xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Prezident İlham Əliyev sammitə regiondan kənardan ilk dəfə qatılan ilk dövlət başçısı olacaq.
“Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak edəcək”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Tədbirin proqramına əsasən, Azərbaycan prezidenti ilə tacikistanlı həmkarı Emoməli Rəhmon arasında ikitərəfli görüş, o cümlədən Əliyevin Mərkəzi Asiya dövlət başçılarının görüşündə çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci ildən keçirilən məşvərət görüşlərində əvvəllər Mərkəzi Asiyaya daxil olmayan dövlət başçıları iştirak etmirdilər. Lakin onlara ən yüksək dövlət vəzifəsini tutmayan ölkələrin nümayəndələri qatılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.