Sentyabrın sonunda Pentaqonun yeni komandası Amerika yardımının istifadəsinə nəzarət etmək üçün Ukraynada işə başlayacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatında deyilir.
Belə ki, “ABŞ-ın yüksək rütbəli məmuru avqustun sonundan Ukraynada işləyir və bu ayın sonuna qədər ona əlavə heyət qoşulacaq. Onlar ABŞ-ın Kiyevdəki səfirliyində yerləşirlər. Bu, respublikaçıların Ukraynanın ABŞ vəsaitlərindən istifadəsinə nəzarəti gücləndirmək çağırışları ilə bağlıdır”, - deyə hesabatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.