Avstraliyanın müdafiə sənayesi şirkətləri” Black Sky Aerospace” və “Funnel Web Systems” silahlı quru robotunu təqdim ediblər.
Azadmedia.az xəbər verir ki, “Funnel Web” adlı uzaqdan idarə olunan portativ insansız quru platforması (UGV) bir hərbi qulluqçunun özünü əks batareya atəşinə məruz qoymadan raket buraxmasına imkan verir.
Belə ki, məlumata görə, son dərəcə möhkəm və mobil olan UGV uzaqdan idarə olunan əl cihazı ilə idarə olunur.
Həmçinin raketin buraxılıb-buraxılmamasına qərar vermək üçün sistemə ətrafdakıların videosunu nəzarətçilərə ötürən kamera yerləşdirilib.
Qeyd edək ki, 1,5 kiloqramlıq sistem 900 mm-lik döyüş sursatı atmağa qadirdir və müxtəlif çapları ata bilən yeni variantların hazırlanması planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.