Azərbaycan Ermənistanla sülh və gələcəkdə bəlkə də dostluq istəyir. Azadmedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyevin beynəlxalq məsələlər üzrə müşaviri Hikmət Hacıyev deyib.
Bir gün əvvəl “Politico” Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsini dərc edib və o, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını təsdiqləyib və həmçinin bildirib ki, “indi beynəlxalq ictimaiyyət regionda etnik təmizləmənin baş verməməsini təmin etməlidir. ”
"Azərbaycan sülh istəyir. Biz bərpa, barışıq və bəlkə bir gün qonşumuzla hətta dostluq istəyirik", - Hacıyev cümə axşamı həmin nəşrdə dərc olunan məqaləsində bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.