Bu ilin yanvar-iyul aylarında Azərbaycan 9945,5 ton maye qaz ixrac edib ki, bu da bir il əvvəlkindən 2,7 faiz çoxdur. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həcmlərin artmasına baxmayaraq, hesabat dövründə ixrac olunmuş maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 87,9 faiz azdır.
Yada salaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da bir il əvvəlkindən 67 faiz azdır. Hesabat dövründə ixrac olunmuş maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlkindən 74,7 faiz azdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.