AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Şurası ilə əməkdaşlıq layihəsi çərçivəsində Lənkəran şəhərində təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 14-09-2023, 23:02

    Avropa Şurası ilə əməkdaşlıq layihəsi çərçivəsində Lənkəran şəhərində təlim keçirilib -


    Bakı, 14 Sentyabr — Azadmedia.az

    Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa Şurasının birgə əməkdaşlıq layihəsi çərçivəsində keçirilən silsilə təlimlər davam etdirilir.

    Sentyabrın 14-də İnstitutun təlimçi-ekspertləri “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda Lənkəran şəhərində hüquqşünaslar üçün təlim keçiriblər.

    Təlim proqramı modulu ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, mediatorlar, həmçinin Vəkillər Kollegiyasının üzvləri üçün nəzərdə tutulub və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilir.

    İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, Vəkillər Kollegiyasının üzvü Vüsalə Muradxanlı təlim iştirakçıları qarşısında “AİHK-in 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusu ilə çıxış edib. Təlimçi ədalətli məhkəmə araşdırması hüququnu qanunun aliliyi baxımından şərh edərək, məhkəməyə əlçatanlığın praktiki və effektiv olmasının vacibliyini vurğulayıb.

    Hüquq eksperti Vəfaddin İbayev isə təqdimatında Azərbaycana qarşı qəbul olunmuş qərarlarda aşkar edilmiş pozuntular və onların aradan qaldırılması yolları, məhkəməyə müraciət hüququ, məhkəmə prosesində tərəflərin bərabərliyi mövzusunda ümumi şərhlər verib.
    Yekunda iştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib. 18 nəfər təlim iştirakçısına sertifikatlar təqdim edilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR