İrana qarşı sanksiyalar yumşaldılmayacaq.
Azadmedia.az xəbər verir ki, bunu Avropa Birliyinin ali nümayəndəsi Jozep Borrell bildirib.
Nelə ki, Borrell qeyd edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İrana 2023-cü il oktyabrın 18-dən sonra da sanksiyaların davam etdiriləcəyi barədə məlumat verib.
Həmçinin Qərb hesab edir ki, Tehran nüvə sazişinin şərtlərinə əməl etmir.
Bjndan əlavə, o, bildirib ki, nazirlərin məktubu İranın nüvə proqramı üzrə sazişin digər iştirakçılarına - Çin, İran və Rusiyaya da göndərilib.
Qeyd edək ki, "Koordinator kimi mən nüvə sazişinin bütün tərəfləri ilə gələcək fəaliyyətlərlə bağlı məsləhətləşəcəyəm", - deyə Borrell söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.