G7 ölkələrinin qarşıdakı iki-üç həftə ərzində Rusiya almazlarına qadağa qoyacağını elan edəcəyi gözlənilir.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV Belçika hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Belə ki, məlumata görə, G7 liderləri ABŞ-ın Rusiyanın dünyanın ən böyük almaz istehsalçılarından biri olan “Alros”şirkətinə qarşı mövcud sanksiyaların genişləndirilməsini müzakirə ediblər.
Qeyd edək ki, qadağanın yanvar ayından qüvvəyə minəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.