Avropa Birliyi İranı ölüm hökmünü ləğv etməyə və məhbuslara qarşı lazımi hüquqi prosesləri başlatmağa çağırıb.
Azadmedia.az xəbər verir ki, AB bununla bağlı bəyanat yayıb.
Belə ki, həmin məlumata görə, AB-nin bəyanatında ötən il İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalan Məhsa Əmininin ölümündən danışılıb və bu hadisənin İranda daxili etirazları daha da gücləndirdiyi vurğulanıb.
Qeyd edək ki, İranda ötən ay 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.