Latviyanın Seymi səs çoxluğu ilə Yeni Birlik Partiyasını təmsil edən Evika Silinanın başçılığı ilə yeni hökuməti təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət televiziya məlumat yayıb.
Belə ki, Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqini 53 deputat dəstəkləyib.
Qeyd edək ki, hakim koalisiyaya Yeni Birlik (26 yer), Yaşıllar və Kəndlilər İttifaqı (NWK, 16) və Proqressivlər (10) partiyaları daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.