Azərbaycan nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyünü şübhə altına alan məsələləri müzakirə etməyəcək. Azadmedia az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” yaratmaq mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks səmərə verir”, - Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.