AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İndoneziya Quru Qoşunları Komandanlığı ilə türk dilinin tədrisi sahəsində əməkdaşlıq protokolu imzalanıb - Cakarta Yunus Əmrə İnstitutu

  • + A
  • - A
  • 16-09-2023, 17:26

    İndoneziya Quru Qoşunları Komandanlığı ilə türk dilinin tədrisi sahəsində əməkdaşlıq protokolu imzalanıb -



    Cakarta Yunus Əmrə İnstitutu ilə İndoneziya Quru Qoşunları Komandanlığı arasında türk dilinin tədrisi sahəsində əməkdaşlıq protokolu imzalanıb.

    Belə ki, bu barədə Cakarta Yunus Əmrə İnstitutu məlumat yayıb.

    Qeyd olunub ki, Cakarta Yunus Əmrə İnstitutu bütün İndoneziyanı əhatə edərək, geniş diapazonda türk dili tədris fəaliyyətlərini təşkil etməyə davam edir.

    Bildirilib ki, Cakarta Yunus Əmrə İnstitutu ölkə daxilində həyata keçirdiyi geniş miqyaslı türk dili tədris fəaliyyətinə yenisini əlavə edərək, İndoneziya ordusu üçün türk dili kurslarının başlaması istiqamətində ilk addımı atıb.

    Vurğulanıb ki, bu istiqamətdə Cakarta Yunus Əmrə İnstitutu ilə İndoneziya Quru Qoşunları Komandanlığı arasında türk dilinin tədrisi sahəsində əməkdaşlıq protokolu imzalanıb.

    İnstitutun ev sahibliyi etdiyi imzalanma mərasimində Cakarta Yunus Əmrə İnstitutunun koordinatoru Camal Şahin və İndoneziya Quru Qoşunları Komandanlığının Beynəlxalq Əlaqələr Təlim İdarəsinin rəisi polkovnik Rivan Rembudito Rivai iştirak ediblər.Ordu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR