Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.
Azadmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, bildirilir ki, mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVİD-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.
Qeyd edək ki, məhdudiyyətlər sentyabrın 18-dən tətbiq ediləcək. Nazirlər Kabineti əməkdaşları arasında şəxsi ünsiyyət, eləcə də ölkədaxili və xarici ezamiyyətlərin sayı azaldılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.