AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan XİN: Biz Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təşkil etməyə hazırıq

  • + A
  • - A
  • 17-09-2023, 20:58

    Azərbaycan XİN: Biz Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təşkil etməyə hazırıq


    Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarının Azərbaycanla birgə paralel istifadəsinə dair təklif uzun müddətdir ki, Azərbaycan tərəfindən irəli sürülür və müxtəlif səviyyələrdə geniş müzakirə olunur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

    Təəssüf ki, əldə olunan razılaşmalara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun Qarabağ bölgəsində yaratdığı qondarma rejim belə bir keçidin təşkilinə mane oldu.

    Onun sözlərinə görə, bu gün Azərbaycan tərəfinə müraciət edən BQXK ilkin məlumat verib ki, sentyabrın 18-də qarşı tərəf Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından yüklərin paralel qəbuluna razılaşıb.

    “Yaxın vaxtlarda BQXK-nın bununla bağlı Azərbaycan tərəfinə rəsmi nota təqdim edəcəyi gözlənilir. Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə uyğun olaraq Ağdam-Xankəndi və Laçın-Xankəndi avtomobil yollarının paralel istifadəsini təşkil etməyə hazırdır”, - deyə Hacızadə vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR