Rusiya-Ukrayna müharibəsi nəticəsində əvvəlki marşrutlar pozulduğu üçün Macarıstan indi neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Belə ki, XİN başçısının sözlərinə görə, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır.
Həmçinin “Buna görə də bizim yeni əlaqələrə, yeni təchizat marşrutlarına ehtiyacımız var və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı imkan təqdim edir”, - deyə diplomat vurğulayıb.
Bununla yanaşı, Xarici işlər naziri onu da qeyd edib ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.