Cənubi Koreya lideri Yun Sok Yol BMT Baş Assambleyasında Rusiya və KXDR arasında əməkdaşlıq məsələsini dünya liderləri qarşısında qaldırmağı planlaşdırır.
Cənubi Koreyanın dövlət başçısı hesab edir ki, Rusiya və Şimali Koreya arasında dərinləşən hərbi əməkdaşlığın öhdəsindən gəlmək üçün beynəlxalq ictimaiyyət daha sıx şəkildə bir araya gəlməlidir.
"Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və müxtəlif beynəlxalq sanksiyalara zidd olduğu üçün qeyri-qanuni və ədalətsizdir", - Yun Sok Yol deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.