Bakı, 10 mart - Azadmedia.az
Cənubi Koreya - Şimali Koreyanın təhdidlərinə qarşı çəkindirməni gücləndirəcəyik.
Cənubi Koreya prezidenti Yun Suk Yeol Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı genişləndirilmiş çəkindirmə gücünü daha da gücləndirmək üçün ABŞ ilə işləməyə söz verib.
Yonhap xəbər agentliyində yer alan xəbərə görə, prezident Yun Cənubi Koreyanın Jinhae şəhərində Hərbi Dəniz Qüvvələri Akademiyasının 77-ci buraxılış və təyinat mərasimindəki çıxışında regional gündəmlə bağlı dəyərləndirmələr edib.
Liberal demokratiyanın hər cür çətinliyə qarşı müdafiə edilməli olduğunu ifadə edən Yun, Koreya yarımadasında sülh və rifahın təmin olunmasının vacibliyini bildirib.
O, Şimali Koreyanın "nüvə və raket təhdidlərinə" qarşı çıxmaq üçün Cənubi Koreya və ABŞ arasında nüvə planlaşdırma və icra rejiminin yaradılması ilə genişləndirilmiş çəkindirmənin daha da gücləndiriləcəyini bildirib.
Yun Cənubi Koreya və ABŞ-ın təşkil etdiyi hərbi təlimləri daha da gücləndirəcəyinə söz verib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.