AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? - RƏSMİ

  • + A
  • - A
  • 18-09-2023, 17:11

    Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? - RƏSMİ

    Hazırda Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Artıq bir neçə aydır ki, COVID-in “omikron” ştamının alt variantı olan EG.5 və ya digər adı ilə “Eris” dünyada sürətlə yayılır. Xüsusilə, ABŞ, Çin, İngiltərə və Avropanın bir sıra ölkələrində virus səbəbindən xəstələrin sayında ciddi artım müşahidə olunur.

    Bunu "Unikal"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

    Dünyada bundan öncə də COVID-19-un müxtəlif variantlarının müşahidə edildiyini vurğulayan mütəxəssis deyib:

    “Bilmək lazımdır ki, yeni yaranan ştamlar heç zaman öz sələfindən daha ağır olmur. Sadəcə EG.5-in digər ştamlardan əsas fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır. Bu isə kütləvi yoluxmalara və xəstəlik hallarının artmasına səbəb ola bilər. Əgər ölkəmizdə EG.5 virusu qeydə alınsa, COVID-19-un yoluxma hallarında artım olacaq. Lakin cəmiyyətin böyük əksəriyyəti bu xəstəliyi keçirdib və sağalıblar. Eyni zamanda, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə göstəriciləri qənaətbəxş səviyyədədir. Ölkəmizdə hər zaman vaksinlərlə bağlı beynəlxalq tibbi qurumların tövsiyələri nəzərə alınır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının bu ştama qarşı xüsusi tövsiyələri açıqlanmayıb. Hər zaman olduğu kimi COVID-19-un bütün mutasiyalarına qarşı həssas əhali risk qrupuna daxildir.

    Xroniki problemlərdən əziyyət çəkənlər, yanaşı xəstəlikləri olan şəxslər, COVID-19-a qarşı peyvəndlənməyən insanlar xüsusilə diqqət etməlidir. Onlara ictimai yerlərdə tibbi maskadan istifadə etmələri, dezinfeksiyaya fikir vermələri məsləhət görülür. Bu insanlar üçün müəyyən qədər təhlükə hər zaman mövcuddur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR