Kanada hakimiyyəti Hindistan kəşfiyyat orqanlarının 2023-cü ilin iyununda Kanada sikx icmasının lideri Hardip Sinqh Nizharın qətlində əli olduğuna dair iddialara görə yüksək səviyyəli hind diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Azadmedia.az Report-a istinadla xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli deyib.
Belə ki, “Biz yüksək səviyyəli Hindistan diplomatını Kanadadan qovmuşuq. Ottava onun daxili işlərinə heç bir müdaxiləyə dözməyəcək”, - deyə, o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.