Latviyada yaşayan təxminən 3,6 min rusiyalı latış dili imtahanından keçmədiyi üçün ölkəni tərk etməli olacaq.
Belə ki, bu barədə yerli media məlumat yayıb.
Həmçinin “Gələn həftə 3 600 Rusiya vətəndaşı üç ay ərzində Latviyanı tərk etməli olduqlarını bildirən məktub alacaqlar”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Vilnis Vitolinsin sözlərinə görə, bu əmri yerinə yetirməkdən imtinaya görə cinayət məsuliyyəti yoxdur, lakin cərimə tətbiq oluna bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.