AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçında "Ural" qəzaya düşdü - “Azərenerji”nin 2 əməkdaşı öldü - YENİLƏNİB

  • + A
  • - A
  • 19-09-2023, 10:03

    Laçında "Ural" qəzaya düşdü - “Azərenerji”nin 2 əməkdaşı öldü - YENİLƏNİB

    Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

    Araşdırma aparılır.

    “AzərEnerji” ASC həlak olanlarla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.
    Məlumat olaraq bildiririk ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
    “AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR