Göyçay RİH-nin başçısına ləkə vurmaq, məntiqi baxımdan ədalətsizlikdir
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 17 oktyabr 2022 –ci il tarixdə imzaladığı Sərəncam əsasında Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Qeyd edək ki, bu təyinatadək o, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi olub və polkovnik rütbəsində xüsusi xidmət orqanlarında xidmətdə olub. Yəni, Natiq Ağayevin iş fəaliyyəti haqda məlumat ictimaiyyətə qısa formada çatdırılsa da, məlum olan odur ki, o, heç də sıradan bir şəxs deyil. Bu da onu söyləməyə əsas verir ki, Natiq Ağayev kifayət qədər zəngin iş təcrübəsinə, çevik idarəçilik bacarığına və digər əhəmiyyət kəsb edən göstəricilərə malik olan vəzifə sahibidir. Bəli, bu şəxs ötən illər ərzində belə bir göstəriciləri özündə cəmləşdirir ki, ölkə rəhbəri etimad göstərib, onu təqribən 118271 nəfərdən çox əhalisi olan Göyçay rayonuna rəhbər təyin edir. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən işi-gücü olmayan, bəzən də söz yığnağıdan ibarət olan dedi-qoduları paylaşmaqla özlərinə reytinq qazanmağa çalışan sayt əməkdaşlarının, Göyçay RİH-nin başçısı cənab Natiq Ağayevə qarşı qərəzli yanaşmalarının kökündə nələr durur?
Bunu ona görə belə bir formada ifadə edirik ki, bir –iki gün bundan öncə Göyçay rayon sakini, hansı ki, rayonun Atatürk küçəsi-58 ünvanındakı peşə məktəbində yaşayan Quliyev Nəzakət Əlsəf qızı bildirir ki, “Mən həm şəhid bacısıyam, həm də əsgər anasıyam. İki oğlum hərbi xidmətdədir, biri də əsgər gedəcək. İki-üç dəfə başçısının qəbulinda olmuşam və ondan evimizin təmiri ilə bağlı köməklik göstərilməsini xahiş etmişəm. Buna baxmayaraq, mənə köməklik göstərilməyib. Görüşdə RİH-nin başçısı bir kimsədən qorxmadığını bildirdi, ona görə də səsimi Prezidentə çatdırmaq istəyirəm”. Bəli, bütün bunlar Nəzakət Quliyevanın söylədiyi açıqlamalardır. İndi gəlin hər bir danışığa, söylənilən hər bir yanaşmaya diqqətlə diqqət yetirək. Əvvəla onu qeyd edək ki, icra başçısı Natiq Ağayevə elə bir əxlaq sahibi deyil ki, o, şəhid bacısına, əsgər anasına hansısa formada ögey münasibət göstərsin. Digər tərəfdən, bu şəxs “Mən bir kimsədən qorxmuram” deyə fikir də səsləndirsin. Bu necə ola bilər? Axı, Natiq Ağayevə ölkə rəhbəri etimad göstərib və onu Göyçay RİH-nə başçı təyin edib? Məntiqi baxımından Nəzakət Quliyevanın bu fikiri də tamamilə əsassızdır, heç cür inandırıcı deyil. Qaldı ki, xanım Quliyevanın evinin təmir olunmasına, yəqin ki, idarəçilik sahəsində lazımi iş təcrübəsi və çevik idarəçilik bacarığı olan Natiq Ağayev, bu problemin qısa müddət ərzində aradan qaldırılmasına nail olacaq. Problemin bir neçə günlüyə ləngiməsi o demək deyil ki, rayon rəhbərliyi yerli sakinə, yaxud da sakinlərə qarşı ögey münasibət göstərir. Əsla yox! Bu heç də belə deyil! Unutmaq olmaz ki, indiyə kimi Göyçay rayonu ərazisində bu tip problemlər yüzlərlədir, bəlkə də daha çoxdur. Bütün problemlərin çox qısa müddət ərzində, o cümlədən Nəzakət Quliyevaya aid problemin dərhal aradan qaldırılmasını tələb etmək, yəqin ki, ədalətsizlik olar. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, son iki-üç gündə məşğul olmağa iş gücləri olmayan sayt əməkdaşları sanki bəhsə giriblər və Nəzakət Quliyevanın söylədiyi açıqlamaları aləmə yaymaqla məşğul olurlar. Diqqət yetirmək lazımdır ki, həmin açıqlamanı yayımlayanların heç biri Göyçay RİH Aparatı ilə əlaqə saxlamayıblar və qarşı tərəf olaraq onlardan məsələlərə münasibət öyrənməyə cəhd göstərməyiblər. Əslində, bu cür yanaşma qərəzçilikdir, təcrübəsizlikdir, bir qədər də dəqiq desək bacarıqsızlıqdır. Daha yaxşı hal o olar ki, belə bir problemlərlə bağlı məlumatlar xəbər portallarının redaksiyalarına daxil olarkən, KİV haqqında Qanunun tələblərinə əməl olunsun və media qurumlarının əməkdaşları üzərinə düşən vəzifə borcllarını yerinə yetirsinlər. Yəqin ki, o halda haqq-ədalət də öz yerini tapacaq.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR