Amerika Birləşmiş Ştatlarında qəzaya uğrayan “F-35” dəniz piyadası təyyarəsinin qalıqları tapılıb.
Səlahiyyətlilər Cənubi Karolinadakı Çarlston Beynəlxalq Hava Limanına 2 saatlıq məsafədə kənd ərazisində tapılan qalıqların itən təyyarəyə aid olduğunu müəyyən edib.
Hazırda qəza araşdırılır, istintaq gedir.
Qeyd edək ki, ABŞ-ın Respublikaçı millət vəkili Nensi Meys sosial media platforması “X”də təyyarənin yoxa çıxmasını tənqid edərək demişdi: "F-35”i necə itirə bilərsiniz? Necə ola bilər ki, təyyarədə heç bir izləmə cihazı olmasın və onun tapılmasını camaatdan xahiş edək? Bu, gülüncdür".
“F-35” təyyarəsinin qəzaya uğramasından sonra dəniz piyadaları komandirinin müavini Erik Smit ABŞ daxilində və xaricindəki aviasiya birliklərində bütün uçuşların 2 gün müddətinə dayandırıldığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.