“Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihə başa çatdı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi qrand müsabiqəsində qalib olmuş. “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihənin icrasını Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi həyata keçirdib. Layihə əsasən Ermənistan və Rusiya ordusunun Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş, girov götürülmüş insanların tanıdılması məqsədi ilə həyata keçirilir. Layihədə önəm verilən yeniyetmə və azyaşlı qızların giröv götürülməsi, onlara işgəncə verilməsi və təcavüzə məruz qalmaları ön plana çəkilib. Layihənin icrası məqsədi ilə “Məhv edilmiş gələcək” filmi şəkilib. Filmin çəkilişləri Bakı, Sumqayıt şəhərləri və Şəki rayonunda aparıldı. Layihənin icrası ilə bağlı çəkilən film hazır olmadan layihə ilə bağlı əlavə olaraq 1992-ci ildə itgin düşmüş soydaşlarımızla bağlı tədbir keçirilib. Tədbir Yasamal Rayon Bələdiyyəsinin mərasim salonunda keçirildir və tədbirdə 210 nəfər insan iştirak etdi. Tədbirdə layihənin icrası ilə bağlı məlumat verildi və layihənin məlumat lövhəsi də tədbirdə qoyuldu. Anım günündə eyni zamanda Müharibə Veteranı Qadınlarına Sosila Yardım İB üzvləri, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizova, QİAİB sədri Könül Hüseynova, QHT sədri Mehriban Abdullayeva və bir çox tanınmış şəxslər iştirak etdilər. Keçirilən tədbirdə itkin şəhidlərimizin döyüş dostları eyni kənddə yaşamış insanlar və şəhidlərin yaxınları iştirak etdilər. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışıldı. Şəhidlərimizin əziz xatirələri anıldı. Filmin ilk təqdimat tədbiri 30 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilib. Tədbirdə 600 nəfər hərbi xidmətdə olan əsgər və zabit, 40 nəfər mülkü şəxs iştirak edib. Tədbirdə “Məhv edilmiş gələcək” filmi nümayiş edildi, filmə aid disklər paylanıldı.