AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“BMT çoxqütblü dünya reallığını yetərincə əks etdirmir - Şolts

  • + A
  • - A
  • 20-09-2023, 09:20

    “BMT çoxqütblü dünya reallığını yetərincə əks etdirmir -



    Almaniya kansleri Olaf Şolts Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasının kürsüsündən BMT Təhlükəsizlik Şurasının islahatlarının, Asiya, Afrika və Latın Amerikası ölkələrinin daha geniş təmsil olunmasının və ümumilikdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

    Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Belə ki, “BMT çoxqütblü dünya reallığını yetərincə əks etdirmir. Heç bir yerdə bu, Təhlükəsizlik Şurasının tərkibinə münasibətdə olduğu qədər aydın deyil”, - deyə Şolts bildirib.

    Həmçinin onun sözlərinə görə, Asiya, Afrika və Latın Amerikası ölkələrinin bu orqanda daha çox çəkiyə layiq olduğu aydındır: “Bu nöqtədən çıxış edərək müxtəlif variantlı mətn üzərində razılaşmaq olar. Heç bir ölkə maksimum tələblərlə belə açıq danışıqlara əngəl olmamalıdır. Almaniya da bunu etmir”.

    Eyni zamanda, o qeyd edib ki, daha çox tərəfdaş, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü islahatlarda irəliləmək niyyətini ifadə edir. Şolts Böyük Britaniya, ABŞ və Fransanı nəzərdə tutub. Almaniya kansleri həmçinin 2027 və 2028-ci illərdə rotasiya edən üzvlərdən biri olmaq istəyən Almaniyaya dəstək verməyə çağırıb. Şolts


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR