Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Xəzər Ekoloji Təşəbbüsü” yaratmağı təklif edib.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkə başçısı BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən söyləyib.
Belə ki, siyasətçi BMT BA-nın nümayəndələrinə müraciətində xatırladıb ki, ötən ilin yayında Türkmənistanda keçirilən VI Xəzər Sammitində bütün iştirakçılar ekoloji məsələlərdə sıx əməkdaşlığa hazır olduqlarını qəti şəkildə təsdiqləyiblər.
Qeyd edək ki, “Hesab edirəm ki, bu, sahilyanı dövlətlərlə BMT arasında geniş və sistemli qarşılıqlı fəaliyyətə başlamaq üçün yaxşı imkanlar açır”, - o qeyd edib və BMT ilə sıx əməkdaşlıq şəraitində Xəzər Ekoloji Təşəbbüsünün yaradılmasını təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.