Rusiya Dövlət Duması Avropa İttifaqı Rusiyada hərbi və ya fövqəladə vəziyyətin tətbiqi və dayandırılması barədə məlumatlandırma qaydasına düzəlişi 1-ci oxunuşda təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, Dumanın plenar iclasında yeni qanun layihəsi yekdilliklə təsdiqlənib.
Belə ki, Rusiyanın ölkədə hərbi və ya fövqəladə vəziyyətin tətbiqi və dayandırılması barədə Aİ baş katibini məlumatlandırma zərurətini ləğv edən yeni qanun layihəsi Rusiya prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim olunub.
Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, Rusiyada hərbi və ya fövqəladə vəziyyətlə bağlı yalnız BMT baş katibi məlumatlandırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.