"Bu gün Ermənistan əhalisi üçün tarixi şansdır, ümid edirəm ki, onlar bunu əldən verməyəcəklər" , - Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev çıxışında deyib.
“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dəyişikliklər görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, düşmənçiliyimiz yoxdur”, - deyə Əliyev bildirib.
Əliyev yaranmış vəziyyətlə bağlı rəsmi İrəvanın tutduğu mövqeyə də münasibət bildirib.
“Ermənistan dünən və bu gün siyasi ehtiyatlılıq nümayiş etdirdi. Biz bunu yüksək qiymətləndirir və mühüm amil hesab edirik”, - deyə Azərbaycan dövlətinin başçısı bildirib.
“İnanıram ki, bu gün və dünən baş verən hadisələr Azərbaycan və Ermənistan arasında sülh prosesinə müsbət təsir göstərəcək. Ermənistanın dünən və bu gün göstərdiyi mövqe ümidvericidir”, - deyə Azərbaycan lideri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.