Qlobal münaqişə riskləri artır.
Azadmedia.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Belə ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiyini söyləyib: "ABŞ istəsə, Zelenskiyə Moskva ilə dialoqu qadağan edən fərmanı ləğv etmək əmrini verə bilər".
Qeyd edək ki, Rusiya XİN başçısı əlavə edib ki, Qərb dürüst arqumentlərə malik olmadığı üçün Ukraynadakı münaqişənin səbəbləri barədə predmetli danışıqlardan yayınır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.