Rusiya-Türkiyə Sülhməramlı Mərkəzində Rusiyanın nümayəndələri Yevlaxdakı danışıqlarda müsbət əhval-ruhiyyənin olduğunu, sülhməramlıların işinə heç kimin müdaxilə etmədiyini, Azərbaycan tərəfi ilə sıx qarşılıqlı əlaqənin olduğunu qeyd ediblər.
Bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının nümayəndələrindən biri "RİA Novosti"yə bildirib.
“Biz Azərbaycan və Türkiyə tərəfləri ilə sıx əməkdaşlıq edirik. Bizim işimizdə heç kim əngəl yaratmır, əksinə, hamı maksimum köməklik və yaxşı münasibət göstərir. Tam qarşılıqlı anlaşma və qarşılıqlı yardım var”, - sülhməramlı qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.