Nyu Yorkda BMT Baş Assambleyasının illik toplantısında iştirak etmək üçün ABŞ-a səfər edən İbrahim Rəisi Amerika rəsmilərini təhdid edib.
Belə ki, o, bu barədə jurnalistlərlə görüşündə danışıb.
Həmçinin Rəisi İranın ABŞ rəhbərlərindən qisas almaq təhdidləri ilə bağlı jurnalistlərin suallarına cavabında ABŞ-ın cinayətkar olduğunu deyib.
Qeyd edək ki, “Amerikanın cinayət əməllərinə göz yummaq və ya bağışlamaq olmaz. Cinayətkarlar törətdikləri cinayətlərə görə cəzalarını almalıdırlar”, - deyə o, hədələyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.