AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASEAN İndoneziyada ilk birgə təlimlərə başlayıb - YUDO

  • + A
  • - A
  • 21-09-2023, 16:27

    ASEAN İndoneziyada ilk birgə təlimlərə başlayıb -


    Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) orduları, təşkilatın hərbi xunta liderlərinə qadağa qoymasına baxmayaraq, çərşənbə axşamı İndoneziyada ilk birgə təlimlərə başlayıb.

    Azadmedia.az-ın xəbərinə görə, ASEAN ölkələri əvvəllər də çoxmillətli müdafiə təlimlərində iştirak ediblər, lakin rəsmilər bildirirlər ki, bu təlim regionda son vaxtlar yaşanan bəzi problemlərlə üst-üstə düşdüyü üçün vacibdir.

    Belə ki, Myanma da daxil olmaqla blokun hər bir ölkəsindən qüvvələrin beş günlük ASEAN Həmrəylik Təlimində iştirak etdiyi açıqlanıb.

    Həmçinin İndoneziyanın Baş Qərargah rəisi Yudo Marqono Batam adasında jurnalistlərə deyib: “Sıralarımızı birləşdirməklə, region xalqlarının maraqları naminə sabitliyi qoruya bilərik”.

    Qeyd edək ki, Marqono həmçinin beş günlük “ASEAN Həmrəylik Təlimləri”ndə təşkilatın hər bir ölkəsindən qüvvələrin iştirak edəcəyinə diqqət çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR