AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AB daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var - KİV

  • + A
  • - A
  • 21-09-2023, 17:56

    AB daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var -



    Komissiya Avropa Birliyi Şurasına ukraynalılar üçün müvəqqəti müdafiənin 4 mart 2024-cü ildən 3 mart 2025-ci ilə qədər uzadılmasını təklif edib. Bu status ukraynalılara sosial rifah, mənzil və dolanışıq yardımı kimi imkanlar verir.

    Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Belə ki, həmin məlumata görə, Avropa Birliyi ilk dəfə 2001-ci ildə Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra qaçan insanların sayının sürətlə artması ilə əlaqədar Avropa Birliyinin Müvəqqəti Müdafiə Direktivini aktivləşdirib. Bu çərçivədə ukraynalılar yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, AB ölkələrində işləyə bilərlər. Avropa Birliyi daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var.

    Qeyd edək ki, Komissiyanın təklifi AB Şurası tərəfindən təsdiqlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR